Çin və Rusiyadan yeni qaz kəməri
Çin Rusiya qazını daşıyacaq kəmərin özünə aid hissəsinin tikintisinə start verib.
ANS PRESS-in məlumatına görə, Rusiyanın "Qazprom" şirkəti bildirib ki, kəmərin tikintisinə ötən həftədən başlanıb.
Rusiya ilə Çin ötən il 400 milyard dollar məbləğində qaz müqaviləsi imzalayıblar. Ona görə də bunun üçün yeni kəmər tələb olunur. Yeni qaz yataqlarının istismarı da daxil olmaqla kəmərin Rusiyadan keçən hissəsinə 55 milyard dollar sərmayə qoyulacaq.
Ancaq bəzi ekspertlər indiki dövrdə bunun tikintisinin başa çatdırılmasının ağlabatan olmadığını düşünürlər. Onlarən fikrincə, Çin öz üzərinə düşən öhdəliyi yerinə yetirə biləcək, ancaq ciddi sanksiyaların günbəgün artdığı, iqtisadi cəhətdən tənəzzülə uğrayan Rusiya tərəfinin buna gücü çatmayacaq. Çünki 55 milyard dollar böhranlı dövrdə çox ciddi rəqəmdir.
Mənbə:> ANSPRESS