Dövlət Komitəsindən layihələndirmə təşkilatlarına » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dövlət Komitəsindən layihələndirmə təşkilatlarına – XƏBƏRDARLIQ

Dövlət Komitəsindən layihələndirmə təşkilatlarına


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu ilin 30-31 mart tarixlərində Bakı, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, həmin göstərişə əsasən, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalına dair şəhərsalma normalarını pozan, inşasına yeni başlanan tikintilər üzrə tədbir görülməsi və bu barədə komitənin məlumatlandırılması tapşırılıb.

Eyni zamanda həmin tikintiləri layihələndirən layihələndirmə təşkilatlarına xəbərdarlıq edilib ki, şəhərsalma normalarının pozulması üzrə analoji xətaların təkrarlandığı təqdirdə layihələndirmə işlərinə dair lisenziyaları dayandırılacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *