Dollarla olan kreditlər müzakirəyə çıxarılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dollarla olan kreditlər müzakirəyə çıxarılacaq

Dollarla olan kreditlər müzakirəyə çıxarılacaq


Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərarlar çıxarılıb.

Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, Mülki Məcəllənin sözügedən maddələri dollarla götürülən kreditlərlə bağlıdır. Ombudsman və Göyçay Rayon Məhkəməsinin müraciətləri əsasında mübahisəli məsələ müzakirəyə çıxarılacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *