Azərbaycan “Acer” kompüterlərinin istehsalına başlayır » AzNews.info -Xəbər portalı

Azərbaycan “Acer” kompüterlərinin istehsalına başlayır

Azərbaycan “Acer” kompüterlərinin istehsalına başlayır


Azərbaycan “Acer” markalı fərdi kompüterlərin seriyalı istehsalına başlayır.

AzNews.info xəbər verir ki, bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə məlumat verib.

Agentliyin müsahibinin sözlərinə görə, istehsala başlamaq üçün bütün lazımi şərait yaradılıb. Bunun üçün yalnız Dövlət Gömrük Komitəsinin müvafiq icazəsini almaq məsələsi həll edilməlidir.

İstehsal olunan kompüter texnikası “İntel” şirkətinin prosessor və çiplərinə əsaslanacaq.

Bundan əvvəl mənbə Trend-ə bildirmişdi ki, layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihəyə ilkin investisiyanın 10 milyon manat olduğu bildirilir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *