Azərbaycanda yumurta kəskin ucuzlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda yumurta kəskin ucuzlaşdı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı


Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.

Oxu.Az-ın məlumatına görə, hazırda marketlərdə yumurtanın qiyməti 7-9, 10-12 qəpik təşkil edir.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bazarda yumurtanın qiyməti 10 gündür ucuzlaşıb:

“Bunun səbəbi odur ki, yumurtanın istehsalı artıb, tələbat isə azalıb. Bayramqabağı hamı yumurtanı iki-üç qat aldı. Bayramdan sonra isə tələbat azalıb. Tez xarab olan məhsul olduğu üçün marketlərdə qiymət ucuzlaşdırılıb ki, insanlar alsın”.

Aydın Vəliyev qeyd edib ki, yumurtanın yenidən bahalaşması gözlənilmir:

“Xaricdən ölkəyə gətirilən məhsullarda bahalaşma olarsa, o zaman marketdə qiymətlər də qalxa bilər”.

Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 15-20 qəpik arasında dəyişirdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *