SOCAR Rumıniyaya yatırdığı investisiyanın məbləğini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR Rumıniyaya yatırdığı investisiyanın məbləğini açıqladı

SOCAR Rumıniyaya yatırdığı investisiyanın məbləğini açıqladı


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” şirkəti bu ölkəyə yatırdığı investisiyanın məbləğini açıqlayıb.

“Report” yazır ki, Rumıniyada biznes fəaliyyətinə başladığı müddətdən bəri “SOCAR Petroleum SA” bu ölkənin iqtisadiyyatına, təqribən, 68 mln. avro investisiya yatırıb.

Şirkət ölkə üzrə 2011-2014-cü illərdə investisiya proqramlarını icra edib, 2015-ci ildən başlayaraq isə son illəri xalis mənfəətlə başa vurmaqdadır.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri (YDM) vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 19 regionda 42 YDM şəbəkəsinə malikdir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *