Polis bir ildə sürücülərə 80 milyon manatdan çox cərimə yazıb
2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu cərimələr 3409,7 min inzibati xəta nəticəsində təyin edilib və yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas xətalar yol nişanlarının tələblərinə riayət edilməməsi, işıqforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsi ilə bağlıdır.
Bununla yanaşı, sürücülər dayanma və durma qaydalarının pozulması, icbari sığorta müqaviləsinin bağlanmaması, təhlükəsizlik kəmərindən istifadə etmədikləri üçün də cərimələniblər.
Qeyd edək ki, 2017-ci ildə qaydaların pozulmasına görə cərimələrin məbləği 73,7 milyon manat təşkil edirdi və göründüyü kimi, 2018-ci ildə cərimələrin həcmi 11,9 milyon manat artıb
Mənbə:> Oxu.Az