OPEC Azərbaycanla bağlı proqnozu açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

OPEC Azərbaycanla bağlı proqnozu açıqladı

OPEC Azərbaycanla bağlı proqnozu açıqladı

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2019-cu il üçün gündəlik neft hasilatının orta qiymətinə dair proqnozunu əvvəlki 800 min barel səviyyəsində saxlayıb.

Təşkilatın yanvar ayına aid hesabatındakı proqnozuna əsasən, cari ilin birinci rübündə Azərbaycanda gündəlik hasilat 20 min barel azalacaq, ikinci rübündə isə 810 min barelədək artacaq.

“Report” xatırladır ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış saziş çərçivəsində Azərbaycan gündəlik hasilatı 35 min barel azaltmaq öhdəliyini götürmüşdü.

Ötən il dekabrın 7-də Vyanada OPEC və qeyri-OPEC nazirlərinin V müşavirəsində isə 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılıq əldə edilmişdi. Yeni qərara əsasən, Azərbaycan 2019-cu ilin yanvar ayından gündəlik hasilatı təqribən 20 min barel azaltmaq öhdəliyi götürüb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *