Cənubi Koreya plastik paketlərdən imtina edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Cənubi Koreya plastik paketlərdən imtina edir

Cənubi Koreya plastik paketlərdən imtina edir


Cənubi Koreyada supermarket və ticarət nöqtələrində plastik paketlər qadağan olunacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məhdudiyyətlər 2019-cu ilin yanvarın 1-də qüvvəyə minəcək və 11 min supermarket, eləcə də iki minə yaxın outletə aid ediləcək.

Bundan sonra ölkədə alıcılara plastik paketlər əvəzinə kağız və parça paketlər təqdim ediləcək.

Plastik qablaşdırma yalnız ət və balığa icazə veriləcək.

Qadağanı pozan mağazaları 2,6 min dollar məbləğində cərimə gözləyir.

Qeyd edilir ki, gələcəkdə qadağa camaşırxanalara da aid ediləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *