Cavid Qurbanov: Azərbaycan və Türkiyə birgə vaqon istehsalına başlaya bilər
Azərbaycan və Türkiyə birgə vaqon istehsalına Sumqayıt Texnologiyalar Parkında başlaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaq yeni növ vaqonların istehsalına başlamağı planlaşdırır.
Bununla bağlı Azərbaycan Prezidentinin müsbət rəyi olduqdan sonra Sumqayıt Texnologiyalar Parkında birgə vaqon istehsalına başlamaq mümkündür.
Cavid Qurbanovun sözlərinə görə, yeni növ vaqonlar Avropa standartlı vaqonlar olacaq.
Mənbə:> Oxu.Az