Bakıda torpağın qiyməti ucuzlaşır
2018-ci ilin oktyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub.
Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
N.İbrahimovun sözlərinə görə, bir sot torpağın qiyməti 1,1 faiz azalıb.
Ekspert bildirib ki, torpaq bazarında ucuzlaşma mövsümi xarakter daşıyır.
Baş direktorun sözlərinə görə, torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.
Qeyd edək ki, sentyabr ayında da Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunmuşdu. Həmin dövrdə bir sot torpağın qiyməti 3,7 faiz artsa da, orta hesabla bir sotun qiyməti azalaraq 22 258 manatdan 21 434 manata düşmüşdü.
Mənbə:> Trend