Fransada minimal əməkhaqqı hər ay 100 avro artacaq
Fransa prezidenti Emmanuel Makron xalqa dünənki müraciətində bildirib ki, 2019-cu ildən başlayaraq, minimal əməkhaqqı hər ay 100 avro yüksələcək.
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki. hazırda Fransada minimal aylıq əməkhaqqının məbləği 1498 avrodur (2876 manat).
Makronun dedikləri gerçəkləşərsə, artıq yanvar ayında bu rəqəm 1598 avro olacaq. 2019-ci ilin sonunda isə minimal əməkhaqqı 2698 avroya (5180 manat) bərabər olmalıdır ki, bu da Avropada ən yüksək göstəricidir.
Qeyd olunur ki, hələlik yerli biznesin və iş adamlarının bu vədlərə münasibəti məlum deyil.
Mənbə:> Virtualaz.org