Maliyyə nazirindən sensasion bəyanat » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Maliyyə nazirindən sensasion bəyanat

Maliyyə nazirindən sensasion bəyanat

Azərbaycanın maliyyə naziri Samir Şərifov dünən dövlət telekanalı AzTV-də sensasion bəyanatla çıxış edib.

Virtualaz.org bildirir ki, bu bəyanat hökumətin maliyyə və pul-kredit siyasətinə işıq salır və böyük ölçüdə Azərbaycan valyutasının gələcək vəziyyətindən xəbər verir. “İnterfaks”ın bildirdiyi kimi, maliyyə naziri deyib ki, Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil.

Onun sözlərinə görə, manatın həddən artıq möhkəmlənməsi "Azərbaycan ixracatçılarına mənfi təsir edir".

Maliyyə nazirindən sensasion bəyanat


“Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”, - S.Şərifov AzTV telekanalında “Günün nəbzi” verilişinin efirində bildirib.

Nazir əlavə edib ki, son illər ölkədə həyata keçirilən siyasət “makroiqtisadi tarazlığın və davamlı iqtisadi artımın” dəstəklənməsinə yönəldilib.

Xatırladaq ki, 2015-2016-cı illərdə devalvasiya nəticəsində manat dollara nisbətən 2 dəfədən çox ucuzlaçşıb. 2017-ci ildə manat AMB tərəfindən həyata keçirilən sərt valyuta siyasəti nəticəsində 4% möhkəmlənib. 2018-ci ilin 11 ayı ərzində isə manat dollara nisbətən 0,01% möhkəmlənib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *