AMEA işçilərinin maaşları artırıldı
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə:> Oxu.Az