Azərbaycanda yeni yol tikiləcək - 15 milyon manat ayrıldı
Prezident İlham Əliyev Qax rayonunun Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon (on beş milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Mənbə:> Oxu.Az