Prezident Şəmkirdə yol tikintisinə 4,8 milyon manat ayırdı
Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılıb ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Mənbə:> Virtualaz.org