İran Rusiyadan elektrik enerjisi idxal edəcək AZƏRBAYCANDAN KEÇƏRƏK
İran 2019-cu ildən başlayaraq Azərbaycan vasitəsi ilə Rusiyadan elektrik enerjisi idxal edəcək.
Bu sözləri İranın energetika nazirinin müavini Homayun Hayeri yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu haqda razılaşma Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri ilə Moskvada keçirilən görüşdə əldə olunub. Qarşılıqlı razılaşmaya əsasən Rusiya elektrik enerjisini Azərbaycana ötürəcək. Azərbaycan isə mövcud xətlərlə enerjini İrana verəcək.
H.Hayeri onu da nəzərə çatdırıb ki, Azərbaycanın elektrik enerjisini Rusiyadan İrana ötürmək üçün müasir standartlara cavab verən infrastrukturu var.
Mənbə:> Virtualaz.org