Gürcüstan Azərbaycandan elektrik enerjisinin tranzitindən gəlir əldə edəcək
“Gürcüstan Dövlət Elektrik Sistemi” iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.
Oxu.Az bu barədə “Qruziya Online” saytına istinadən xəbər verir.
“Fevralın 5-dən isə Rusiyadan Ermənistana elektrik enerjisinin tranzitinə başlanılıb. Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisi tranzit ediləcək. Fevralın 7-dən etibarən isə Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılacaq.
Nəticədə Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək”, - “Gürcüstan Dövlət Elektrik Sistemi”ndə bəyan ediblər.
Mənbə:> Oxu.Az