Ukrayna və Gürcüstan arasında “vizasız rejim” sazişi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Ukrayna və Gürcüstan arasında “vizasız rejim” sazişi

Ukrayna və Gürcüstan arasında “vizasız rejim” sazişi


Ukrayna Nazirlər Kabineti Gürcüstanla daxili pasportlar vasitəsilə vizasız rejimin tətbiqi sazişini təsdiqləyib.

Oxu.Az Gürcüstan KİV-ə istinadla xəbər verir ki, razılaşma mətninə əsasən, sənəd diplomatik mənbələr vasitəsilə daxil olduqdan sonra 30 gün müddətində qüvvəyə minir.

Hazırda Ukrayna və Gürcüstan arasında vizasız gediş-gəliş haqda 1999-cu ilin razılaşması aktivdir.

Gözlənilir ki, bu sazişdən sonra ölkələrə səfər edən səyahətçilər səbəbindən dövlət və yerli büdcədə artım müşahidə ediləcək.

Xatırladaq ki, bu ilin martında Türkiyə ukraynalılar üçün şəxsiyyət vəsiqələri ilə səyahətlə bağlı qərar qəbul edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *