Azərbaycanda dövlət borcları ilə bağlı hədəflər müəyyənləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda dövlət borcları ilə bağlı hədəflər müəyyənləşdi

Azərbaycanda dövlət borcları ilə bağlı hədəflər müəyyənləşdi


Dövlət borcalmaları üzrə müəyyən olunan strateji məqsədlərə çatmaq üçün prioritet tədbirlər həyata keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qeyd edilir.

Bildirilir ki, 2018-2025-ci illər ərzində ümumi dövlət borcunda xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Lakin növbəti illərdə valyuta məzənnəsinin, faiz dərəcələrinin dəyişməsi ilə borca xidmət xərclərinin artması və ya ümumi dövlət büdcəsi xərclərinin azalması nəticəsində müəyyən edilmiş göstərici 15 faizdən yuxarı olarsa, bu fərqin maliyyələşdirilməsi məqsədilə daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur.

Belə olacağı təqdirdə, qeyd olunan dövrdə əlavə daxili borcların cəlb olunması planlaşdırılır ki, bu borcalmalar da, əsasən, 3-5 illik dövlət qiymətli kağızlarının emissiyası vasitəsilə həyata
keçiriləcək.

Nəzərdə tutulan borcalmalar həyata keçiriləcəyi zaman 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizə çatdırılması planlaşdırılır.

Ümumi dövlət borcunun ÜDM-yə nisbətinin 2019-cu ildə ən yuxarı həddə çataraq, 24,7 faiz olacağı gözlənilir. Lakin növbəti illərdə dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması nəticəsində bu göstəricinin tədricən azalaraq, 2021-ci ildə 21,7 faiz, 2025-ci ildə isə 15 faizdən aşağı olacağı proqnozlaşdırılır.

Qeyd edilən hədəflərin qiymətləndirilməsi hər iki ildən bir yeni strategiyanın hazırlanması çərçivəsində həyata keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *