Türkiyədə fantastik bahalaşma: Qurban bayramı günü
Türkiyədə 3 gün Qurban bayramı tətilinə görə kurort bölgələrdə fantastik bahalaşma müşahidə olunur.
AzNews.info axar.az-a istinadən bildirir ki, bayramla əlaqədar Antalya və Bodrumda qiymətlər qalxıb.
Bayram günlərində turist axının artması otellərin, restoranların bahalaşmasına səbəb olub. Hətta bəzi yerlərdə sadə bir fincan çay 18 türk lirəsidir. Hazırkı məzənnəyə görə 18 lirə 5 manat edir.
Antalyada şəhərdə gəzinti zamanı kafelərdən birində oturub nahar etmək istəsəniz, lahmacun 39 lirə, dönər 20 lirədir.
Ümumiyyətlə, Türkiyənin turistik bölgələrində avqust ən bahalı ay hesab edilir. Ölkədə milli valyutanın dəyərdən düşməsi də bahalaşmaya xüsusi təsir edib.
Mənbə:> Axar.az