SON DƏQİQƏ: Benzinin qiyməti qalxıb
Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb.
Super Premium (Ai-98) markalı benzinin qiyməti isə 10 qəpik artaraq, 1.60 AZN təşkil edib.
“Report” xatırladır ki, hazırda ölkəyə idxal olunan Premium Euro-95 markalı avtomobil benzininin hər litri orta hesabla, təxminən 1.35-1.4 AZN-ə başa gəlir. Yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu göstərirdi. Oxşar vəziyyət keçmiş müddətdə Super Euro-98 markalı avtomobil benzinində də müşahidə olunurdu.
Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır. Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.
Mənbə:> Report