İsrail səfiri Qax və Zaqatalaya səfər edərək tütünçülüklə maraqlanıb
Bu gün İsrailin Azərbaycandakı səfiri Dan Stav Qax və Zaqatala rayonlarında səfərdə olub.
Səfər çərçivəsində səfir Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və Azərbaycan Sənaye Korporasiyasının rəsmi nümayəndəsi, aqrar sahələr üzrə baş mütəxəsis Cavid Ağamalıyevin iştirakı ilə Qax Tütün İstehsalı və Emalı Məntəqəsində olub.
Səfir tütün istehsalı prosesləri, keyfiyyəti və ixrac potensialı ilə yaxından tanış olub və məlumatlandırılıb.
ASK-nın rəsmisi Cavid Ağamalıyevin virtualaz.org-a verdiyi məlumata görə, bugünkü görüşün məqsədlərindən biri də İsrail şirkətləri ilə yeni əlaqələrin qurulması olub. C.Ağamalıyev onu da qeyd etdi ki, 2018-ci ildə Qax rayonunda 620 hektar tütün əkilib və 7500 ton yaşıl tütün emal ediləcəyi gözlənilir.
Hal-hazırda Qax rayonunda 60 tütünqurutma kamerası fəaliyyət göstərir və gələn il üçün 30 yeni kamera da istifadəyə veriləcək.
C.Ağamalıyevin sözlərinə görə, bu il Balakən rayonunda da yeni Tütün İstehsalı və Emalı Məntəqəsi tikilərək istifadəyə verilib.
Sonda C.Ağamalıyev bildirdi ki, görülən bütün işlər Azərbaycan Respublikası Prezidentinin göstərişiləri və müvafiq dövlət proqramı əsasında aparılır.Hazırda ASK-ya bağlı fəaliyyət göstərən “Azərtütün MMC”də1000 nəfərə yaxın işçi çalışır, 300 fermerlə müqavilə bağlanıb və 2356 hektar tütün əkilib. Görüş çərçivəsində səfir Don Stav Zaqatala Tütün Emalı Zavodunda da olub.
Mənbə:> Virtualaz.org