Problemli kreditlərlə bağlı məsələ həll edilməsə... - Əli Məsimli
“Sevindirici haldır ki, ötən il iqtisadiyyatın daralması halı azaldı, 0.1 faizlik də olsa artım qeydə alındı”.
Publika.az-ın xəbərinə hörə, bu sözləri millət vəkili Əli Məsimli Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili ötən il manatın nisbi sabitliyi bərpa edilməsinin də uğurlu hal olduğunu bildirib:
“İki illik fasilədən sonra tədiyyə balansında da artım qeydə alındı. Lakin bununla yanaşı iqtisadiyyatda bəzi mənfi meyillər də qalmaqdadır. Bu, əsasən bank sahəsində problemlər qalmaqdadır. Bank sisteminin sağlamlaşdırılması 2018-ci ildə həyata keçirilə bilər. Banklar yüksək faizlə qazanmasının perspektivi olmadığına görə bu yoldan daha perspektivli sahələrin maliyyələşdirilməsinə keçilsin. Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Bununla bağlı təklifləri müvafiq qurumlara göndərmişik. Təkliflərdə ağırlığın bir neçə qrup arasında bölüşdürülməsi qeyd edilib. Bu il sosial proseslərin tənzimlənməsi üçün 6 faizdən yuxarı inflyasiyaya imkan verməmək üçün aidiyyəti qurumlar addım atmalıdır. Dövlət başçısı tərəfindən maaşların artırılması müsbət haldır. Hesab edirəm ki, bu artımlardan sonra təhsil haqqı və digər sahələrdə süni qiymət artımının olmaması da vacibdir”.
Mənbə:> Publika.az