Tələsib "Maxi.Az"-ın təndirinə düşməyin... » AzNews.info -Xəbər portalı

Tələsib "Maxi.Az"-ın təndirinə düşməyin... – FOTO

Tələsib "Maxi.Az"-ın təndirinə düşməyin...


Müştərilərə qarşı Maxi.az-ın laqeyd və məsuliyyətsiz yanaşması...


Bu məqalədə öz başıma gələnləri oxucularla bölüşmək istədim ki, mənim kimi tələsib təndirə düşməsinlər... Demək, modem almaq istədim. Bir çoxumuz üçün vaxtın qızıla bərabər olduğu zamanda, iş adamı olduğumdan mənim üçün də vaxt itkisi prinsiplərimdən kənardadır. Modem axtarışında çox vaxt itirməmək üçün, elə işdəcə onlayn elektronika satış mağazalarıyla bağlı kiçik bir araşdırma etdim. Son dayandığım Maxi.az və Kontakt Home mağazalarının veb saytları oldu.
Onlayn satışın hər 2 saytda mümkünlüyünü gördükdə sevindim, müasir zəmanəyə uyğunlaşmaqları, müştəri rahatlığı və vaxtın, zamanın dəyərli olduğunu anladıqlarını və nəzərə aldıqlarını düşündüm. İkinci məsələ, təbii ki qiymət məsələsidir. Hər iki saytı müqayisə etdikdə, Maxi.Az-da istədiyim modemin daha ucuz olduğunu gördüm və qərarımı məhz bu saytda saxladım.

Tələsib "Maxi.Az"-ın təndirinə düşməyin...


Saytda təcili çatdırılmanın 10 manat olduğunu gördüm. İş saatımın bitməyinə hələ bir neçə saat qaldığını düşünərək, təcili çatdırılmaya gərək yox idi. Sadə bir çatdırılma metodunun olub-olmadığını öyrənmək üçün veb saytdakı müştəri xidmətləri ilə əlaqə saxladım. Elə ilk sürprizlə burada qarşılaşdım. İstədiyim modemin Gənclik Mall-da yerləşən mağazada olduğunu vurğulayan operator, Gənclik Mall-dan 200-300 metr aralıda yerləşən ofisimizə çatdırılma üçün 15 manat xidmət haqqı istədi. Nə az-nə çox, düz 15 manat... Bir çox şirkətlərin şəhərdaxili pulsuz çatdırma etdiyi bir dövrdə, məhsulun qiymətinin 50 manatdan az olduğunu bəhanə gətirərək çatdırılma üçün 15 manat istəmək, zənnimcə soyğunçuluqdan başqa bir şey deyil... Görəsən, Maxi.Az rəhbərliyinin şəhərdaxili 2-3 manata çatdırılma edən kuryer şirkətlərindən dəmi xəbəri yoxdur?

Tələsib "Maxi.Az"-ın təndirinə düşməyin...
Tələsib "Maxi.Az"-ın təndirinə düşməyin...
Tələsib "Maxi.Az"-ın təndirinə düşməyin...


Hər bir halda, iş yerimin Gənclik Mall-a yaxınlığını nəzərə alaraq, onlayn sifarişimi yerləşdirdim, çatdırılmaya ehtiyac olmadığını, 18:30-da mağazaya yaxınlaşıb modemi götürəcəyimi bildirdim. İkinci sürprizlə isə, mağazada qarşı-qarşıya qaldım. Sifariş nömrəsini satış təmsilçisinə təqdim edib, modemi götürmək üçün gəldiyimi və tələsdiyimi bildirdim. Yarım saata yaxın sürən modem axtarışları nəticəsiz qaldı. Sonda satış təmsilçisi veb saytın nümayəndəliyini günahlandırararaq, sifarişin yerləşdirilməsi zamanı məhsulun digər müştərilər üçün satışına STOP qoyulmadığını və buna görə də, eyni modemin məndən öncə başqa birinə satıldığını öyrəndim. Beləcə, Maxi.az şirkəti mənim 1 saat vaxtımı alaraq, mənə məhsul təqdim edə bilmədi... Necə deyərlər, tələsib qabaq düşmək istədim, əksinə 1 saata yaxın vaxtımı itirdim.

Artıq onlayn alış-verişə inamım qalmadığı üçün, bu dəfə heç bir sifariş yerləşdirmədən yolumun üstündə olan Kontakt Home mağazasına yaxınlaşmaq qərarına gəldim. Burada istədiyim modemi çox qısa zaman ərzində tapıb təqdim etdilər, Maxi.Az-da olduğundan baha da olsa modemi almaq qərarına gəldim. Satış təmsilçilərinin davranışları və sairə məqamlar yüksək səviyyədə olsa da, burada başqa bir məqamın düzgün qurulmadığını gördüm. Demək, nə zamansa, məsələn telefonunuz üçün, 3 manatlıq hər hansı bir aksesuarı "Kontakt Home"-un Həsən Əliyev küçəsində yerləşən mağazasından alası olsanız, uzun incə bir yoldan keçərək, dolanmac pilləkənlərdən qalxaraq 2-ci mərtəbəyə qalxmalı və "Zootopia" animasiya filmində gördüyünüz kassirin növbəsində də 5-10 dəqiqə əlavə vaxtınızı itirməli olacaqsınız.

Bütün bunları yazmaqda əsas məqsədim, adıçəkilən şirkətlərin iş prinsiplərinə və standartlarına yenidən nəzərdən keçirməsidir. Ən əsası isə, dünyada onlayn üzərindən satışların liderlik etdiyi bir dövrdə, hər hansı bir yerli şirkətimizin bu tip davranışları nəinki həmin şirkətin imicinə mənfi təsir göstərir, o cümlədən müştərilərin veb üzərindən olan satışlara onsuz da az olan etimadının və inamının zədələnməsinə gətirib çıxarır. Nəticədə, həm digər şirkətlər, həm ümumi iqtisadiyyat bundan zərərli çıxır...

Orxan Səfərli

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *