İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik" » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"

İlham Əliyev: "Son 15 il ərzində ölkəmizə 230 milyard dollar sərmayə cəlb edə bilmişik"

"Bu gün Azərbaycan iqtisadiyyatı tam daxili resurslar üzərində qurulmuş iqtisadiyyatdır, heç bir xarici maliyyə institutundan, yaxud da ki, xarici ölkədən asılı olmayan iqtisadiyyatdır. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə böyükdür. Biz istənilən vaxtda bütün borcları ödəyə bilərik".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində məzun günündə deyib.

Dövlət başçısı qeyd edib ki, gözəl sərmayə iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik: "Yoxsulluqla, işsizliklə bağlı atılan addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Biz gənc müstəqil dövlətik. Ancaq biz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdəyik. Biz dünya miqyasında inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında üçüncü yerdəyik. Yəni, bütün bu rəqəmlər dediyim sözlərin əyani təsdiqidir".

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, bu gün ölkə qarşısında duran vəzifələr uğurla icra ediləcək: "Çünki bizim güclü iqtisadi potensialımız, çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var. Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilsin. Bu isə bax, bu gün burada əyləşən və bizim başqa ali məktəblərdə bu gün eyni tədbiri keçirən gənclərdən asılıdır. Bir daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli, Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək meyarlara daim cavab verəcəklər".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *