BP-nin rəhbəri: Neftin qiyməti 100 dollara çatmayacaq
"Yaxın perspektivdə dünya bazarında neftin 1 barelinin qiymətinin 100 dollara çatacağına inanmıram".
"Report" xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda BP şirkətinin rəhbəri Robert Dadli deyib.
"Yalnız neftin satışı ilə bağlı hər hansı bir siyasi məhdudiyyət olsa, onun qiyməti 100 dollara çatacaq. Amma belə bir şey çətin ki, baş versin", - deyə o qeyd edib.
Mənbə:> Report