Neftlə bağlı sevindirən proqnoz: 100 dollar olacaq
"Bazarda neftə güclü təlabat var. OPEK və Rusiya bu məsələdə güclü siyasət yürüdürlər. Eyni zamanda İran məsələsi də bu işə öz təsirini göstərir".
Qaynarinfo xəbər verir ki, Fransanın "Total” şirkətinin baş direktoru Patrik Puyanne deyib.
O, bildirib ki, yaxın aylarda neftin bareli 100 dollara satılacaq:
"Bu hallar neftin qiymətini artıracaq. Yaxın aylarda neftin bir barelinin qiyməti 100 dollar olsa, təəccüblənmərəm".
Mənbə:> Qaynarinfo.az