Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb

Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb

Paytaxtın bir zamanlar məşhur olan “Şərq bazarı”nın taleyi indi müammalıdır. Martın 31-dən boşaldılan bazar indi müharibədən sonrakı xarabalığı xatırladır, mağazaların tullantıları binanın giriş-çıxışındakı pilləkənlərin üstünə yığılıb. Reklam lövhələri qopardılıb, mağazaların qapıları çirkabdan bir neçə rəngə çalır. Binanın girişində iri hərflərlə yazılmış “kameralar işləyir” elanı asılıb.

Mağazalar köçürülərkən satıcılara binanın təmir ediləcəyi, sonra yenidən ticarət mərkəzi kimi istifadəyə veriləcəyi vəd olunub. Buna görə də çoxları hələ ümidlidir, satıcılar arasında hər gün gəlib təmirin başlayıb-başlamadığı ilə maraqlanırlar var.

Virtualaz.org saytı “Şərq bazarı”nın son vəziyyəti ilə maraqlanıb. Bəlli olub ki, bazarın Mədəniyyət Nazirliyinin balansında olduğu əsas gətirilərək köçürülən mağazaların sahiblərinə kompensasiya ödənilməyib, hətta satıcılara başqa ərazidə yer təklif olunmayıb. Satıcılar deyirlər ki, onsuz da 1 ildir bazarda alver ölmüşdü, amma bazar bağlanılandan sonra bir parça çörək pulundan da məhrum olublar.

“Gündəlik çörək puluna görə işləyirdik. Martın 28-dən dedilər ki, mağazaları boşaldın. Bəzi satıcılar digər bazarlarda yer tapa bildi, bəzisi isə müflis oldu”, - adını söyləmək istəməyən mağaza sahiblərindən biri deyir.

Və əlavə edir ki, narazılıq etmək istəyiblər, amma onlara bazarın çox imkanlı iş adamı tərəfindən alındığını söyləyiblər.

Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb


“Nə kompensasiya ödənilməsi, heç malların daşınmasına da yardım etmədilər. Bir-iki nəfər etiraz etdi, onlara da dedilər ki, oturub gözləyin, iş adamı fikrini dəyişsə, təmirdən sonra əvvəlki mağazalarınıza qayıda bilərsiz. Biz kimik ki iş adamının hərəkətlərinə etiraz edək, hər şey onun insafına qalıb”, -satıcı təəssüflə çarəsiz olduqlarını əlavə edir.

Binanın bir neçə yerində çatlar yaranıb, döşəmə və tavanda da çatlar gözə dəyir. Ticarət mərkəzinin sağ girişində zirzəmi kimi yer var. Bazar boşaldılarkən bu əraziyə toxunmayıblar, piştaxtalar qoyulub, xırdavat mallar satılır. Əvvəllər “Şərq bazarın”da işləyən Vüqar adlı satıcı deyir ki, həmin ərazidə bir balaca yer götürmək istəsə də, yerpulu sərf etməyib.

Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb


“Bazarla bağlı hərə bir söz söyləyir. İndi də eşitdim ki, bina söküləcək, yerində yaşayış binası tikiləcək. Hətta üzbəüz küçədəki xırda obyektlərin də söküləcəyi gözlənilir. Hələ də yer axtara-axtara qalmışam”.

Satıcılardan biri isə söyləyir ki, mağazanı kosmetik də olsa təmir etdirib, işıq xətti çəkdirib, kondinsoner qoyub. Bunun üçün bankdan 3 min manat kredit götürüb: “10 gündür evə ət ala bilmirəm. 2 banka borcum var, ayda 160 manat kredit ödəyirəm. Yaxın günlərdə yer tapa bilməsəm borcun üstünə faiz də gələcək. Yaxınlıqda balaca zirzəmilər kirayə verilir, aylıq 1000-1200 manat istəyirlər. Hələ bilmirəm zirzəmidə alver olacaq. Ya yox”.

Bakıda, “Şərq bazarında” lələ köçüb, yurdu qalıb


Bazarın qarşısındakı parkomat da işləmir. Yaxınlıqda dayananlar deyirlər ki, bazar bağlanandan bir neçə gün sonra aparatın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, “Şərq bazarı” memarlıq abidəsi kimi hələ də Nazirliyinin balansındadır. Bazar rəhbərliyi mətbuata açıqlamasında təmir işlərinin yubanmasını maddi sıxıntılarla əlaqələndirib. “Nə vaxt maddi imkanımız olsa bazarı təmir edəcəyik. Oradakı mağazalar kirayəyə verilmişdi, heç kim mağaza sahibi deyil”, -rəhbərliyin adından verilən açıqlamada qeyd olunurdu. “Şərq bazarı” 2001-ci ildən ticarət mərkəzi kimi fəaliyyət göstərirdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *