ABŞ-dan dollarla bağlı vacib qərar » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

ABŞ-dan dollarla bağlı vacib qərar

ABŞ-dan dollarla bağlı vacib qərar

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

Virtualaz.org bildirir ki, ABŞ-ın maliyyə nizamlayıcısı bununla bağlı rəsmi bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, FED uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.

FED-in qərarı gözlənilən olduğundan, xəbər fond birjalarında və valyuta bazarlarında ciddi dəyişkənliklərə yol açmayıb.

“12 aylıq yekunlara görə ABŞ-da ümumi inflyasiya səviyyəsi və ərzaq və energetika sahəsinə aid olmayan məhsulların inflyasiyası 2 faizlik göstəriciyə yaxınlaşıb. Son məlumatlar onu göstərir ki, istehlak xərcləri ötən ilin dördüncü rübünün yüksək templəri ilə müqayisədə orta səviyyəli olub. Habelə əsas kapital investisiyaları artmağa davam edir”, - deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, cari ilin mart ayında FED- uçot dərəcəsini 1,5 -1,75 faizə qaldırmışdı.

Ümumiyyətlə isə Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *