“Facebook” məhkəməyə verilir
ABŞ-ın Kaliforniya ştatında federal hakim üz tanıma texnologiyasından istifadə etmə üsulu səbəbi ilə “Facebook”un kütləvi məhkəməyə verilməsi barədə qərar qəbul edib.
“Ölkə.Az” xəbər verir ki, şikayət ərizəsində “Facebook”un istifadəçilərin icazəsi olmadan biyometrik məlumatları topladığı iddia edilir.
İllinoys ştatında məhkəməyə edilən müraciətə əsasən, istifadəçilərin yüklədiyi fotolarda dostlarının üzünü tanıması ştat qanunlarına ziddir. “Facebook” isə iddianın əsassız olduğunu bildirdi və hüquqi mübarizəni sonuna qədər aparacaqlarını bildirib.
Mənbə:> Ölkə.Az