Dünyanın ən gözəl pulu seçildi – FOTO
Benəlxalq Əskinaz Cəmiyyəti İsveçrənin 10 franklıq əskinazını 2017-ci ilin ən gözəl pulu seçib.
AzNews.info axar.az-a istinadən bildirir ki, bu barədə informasiya cəmiyyətin saytında yerləşdirilib. Cəmiyyət ilin əskinazı ilə bağlı seçimini dizaynı, tətbiq edilən rənglər və digər kriteriyalar üzrə edib.
Qeyd edək ki, 2017-ci ildə dünyada 170-dən çox əskinaz buraxılıb ki, onların da üçdə ikisi tamamilə yeni dizayna malikdir.
Mənbə:> Axar.az