Sergey Mavrodi öldü
Moskvada “MMM” piramidasının təsisçisi Sergey Mavrodi dünyasını dəyişib.
Oxu.Az-ın xəbərinə görə bu barədə “Moskovski komsomolets” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, martın 26-da gecə saatlarında Mavrodi Polikarpova küçəsindəki avtobus dayanacağından xəstəxanaya aparılıb.
O, zəiflikdən və ürək nahiyəsindəki ağrılardan şikayət edirdi. Təcili yardımı yoldan təsadüfən keçən şəxs çağırıb. Mavrodi 67-ci şəhər xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Sergey Mavrodi 1992-ci ildə “MMM” şirkətini yaradıb. Tez bir zamanda məşhurlaşaraq, Rusiyanın tarixində nəhəng maliyyə piramidasına çevrilir.
Ora daxil olan üzvlərin gəlirləri, yeni gələnlərin üzvlük haqqından ödənilirdi, lakin müştəri axını kəsilməyə başladıqda isə ödənişlərdə gecikmələr başlayır. Müxtəlif qiymətləndirmələrə əsasən, “MMM” dən zərər çəkmiş şəxslərin sayı 10-15 milyon nəfərə çatır.
2007-ci ildə Mavrodi dələduzluğa görə 4,5 illik azadlıqdan məhrum edilir. Bütün bu müddəti o, istintaq zamanı hələ ibtidai həbsdə olarkən çəkib qurtarır.
Mənbə:> Oxu.Az