Mikayıl Cabbarov rüşvətxorların üzərinə getdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mikayıl Cabbarov rüşvətxorların üzərinə getdi

Mikayıl Cabbarov rüşvətxorların üzərinə getdi

Yeni vergilər naziri Mikayıl Cabbarov tərəfindən Vergilər Nazirliyində işdən çıxarılmış üç əməkdaş rüşvət alarkən yaxalanıb.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

İnformasiyaya əsasən, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları olmuş Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən, özlərini Vergilər Nazirliyinin əməkdaşları adı ilə təqdim edərək rüşvət alarkən saxlanılıblar.

Onlar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.

Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır. Vergilər Nazirliyinin keçmiş əməkdaşlarından izahatlar alınıb.

Maraqlıdır ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev də bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *