Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB

Prezident bazar günləri ticarəti QADAĞAN EDƏN QANUN İMZALAYIB


Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək.

Yanvarın 30-da Polşa Prezidenti Anjey Duda həftənin bazar günü ticarəti qadağan edən qanunu imzalayıb. Bir müddət öncə seym 156 səsə qarşı 254 səslə bu barədə müvafiq qanun qəbul etmişdi.

AzNews.info metbuat.az-a istinadən xəbər verir ki, qanun 2018-ci ilin matından 2020-ci ilin yanvarınadək müəyyənləşdirilən keçid dövrü ərzində tədricən qüvvəyə minəcək. Mağazalar martdan başlayaraq ayın yalnız ilk və son bazar günləri, 2019-cu ildə yalnız ayın son bazar günü ticarətlə məşğul ola biləcək. 2020-ci ildən başlayaraq həftəsonu ticarətinə tam qadağa tətbiq olunacaq.

Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək. Qanunu pozanları cərimə və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Polşanın Baş naziri Mateuş Moravetski qanunu şərh edərkən onu dəstəklədiyini bildirib və bu cür məhdudiyyətlərin Avropa İttifaqının bəzi ölkələrində mövcud olduğunu qeyd edib.

Qanunun əleyhdarları isə yeni qaydaların, ilk növbədə, Şərqi Polşadakı sərhədyanı rayonlarda yerləşən mağazalara mənfi təsir göstərəcəyini iddia edirlər. Belə ki, təkcə Belorus vətəndaşları Polşa mağazalarında 100 milyon avrodan çox pul xərcləyir.

Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *