Azərbaycanın ən iri bankı avropalılara satılır » AzNews.info -Xəbər portalı

Azərbaycanın ən iri bankı avropalılara satılır

Azərbaycanın ən iri bankı avropalılara satılır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökuməti ilə Beynəlxalq Bankda dövlətə məxsus payın bir hissəsinin əldə edilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə “Trend” AYİB-in baş ofisinə istinadən xəbər verib.

“AYİB-in Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi prosesində iştirakı əvvəlkitək ölkə hökuməti ilə danışıqlarımızın predmetidir. Anlamaq lazımdır ki, bu kifayət qədər iddialı layihədir və baxılması, təsdiqlənməsi, gerçəkləşdirilməsi üçün müəyyən qədər vaxt lazımdır”, - agentliyin həmsöhbəti deyib.

Daha öncə AYİB-in prezidenti Suma Çakrabarti bildirmişdi ki, AYİB Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasına və profilinin dəyişdirilməsinə kömək etməyə şad olardı. Eyni zamanda, onun sözlərinə görə, ABB-də korporativ idarəetmə sisteminin yenidən təşkili halında AYİB Azərbaycan bankının səhmdarı olmaq imkanına baxa bilər.

Bir hətfə bundan əvvəl məlum olmuşdu ki, Beynəlxalq Bank xarici kreditorlar qarşısında öhdəliklərinin restrukturizasiyası müddətinin uzadılması üçün rayon məhkəməsinə müraciət etmişdi. Bank ona daha 180 gün möhlət verilməsini istəmişdi.

London Yüksək Məhkəməsi isə Rusiya Federasiyasının ən iri bankı olan “Sberbank”ın və “Franklin Templeton” fondlar ailəsinin borcların restrukturizasiyası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankına qarşı tələblərini dəstəkləmişdi.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *