Növbəti qlobal maliyyə böhranı Çində başlayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Növbəti qlobal maliyyə böhranı Çində başlayacaq

Növbəti qlobal maliyyə böhranı Çində başlayacaq

Dünya ölkələri arasında növbəti qlobal maliyyə böhranı Çində başlayacaq.

Rusiya mətbuatı yazır ki, bunu Harvard Universitetinin professoru Kennet Roqof (Kenneth Rogoff) bəyan edib.

Onun sözlərinə görə, avrozonada problemlər olsa da, Çin yeganə ölkədir ki, iqtisadi nüfuzunu artıb və yeni iqtisadi mərhələyə qədəm qoyub: "Rəsmi Pekin böhrana imkan verməməyə çalışsa da, Çin bölgədə böhrana ən həssas ölkədir".

K.Roqof hesab edir ki, Çində faktiki özəl şirkət olmadığı üçün böhran fərqli olacaq: "Bu ölkədə dövlət zəmanəti avrozonadan daha tez təqdim edilir. Ən böyük problem odur ki, Çin iqtisadiyyatı hələ də balanslaşdırılmayıb, əsasən investisiyalara və ixraca əsaslanır. Üstəlik ölkə kreditləşmədən çox asılıdır. Bu da öz növbəsində gələcəkdə problemlər yarada bilər".

"Yüksək borc nəinki Çində, qərb ölkələrində də mövcuddur. Onun səviyyəsi son maliyyə böhranındakı səviyyədən yüksəkdir", - professor əlavə edib.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *