Vahid Ələkbərov: Neft istehsalçıları artıq 70 dollara qane deyillər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Vahid Ələkbərov: Neft istehsalçıları artıq 70 dollara qane deyillər

Vahid Ələkbərov: Neft istehsalçıları artıq 70 dollara qane deyillər

OPEC+ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşması neftin qiymətini stabilləşdirib. Lakin neftin qiymətinin 150 dollara qədər yüksəlməsinə imkan verilməməlidir.
Virtualaz.org-un məlumatına görə, bunu “LukOil” şirkətinin prezidenti Vahid Ələkbərov Davos İqtisadi Forumundakı çıxışında deyib.

O, qeyd edib ki, neft istehsalçısı olan ölkələr artıq neftin barelinin 70 dollar olması ilə qane deyillər: “Razılaşmadan belə çıxır ki, onlar neftin qiymətini 2011-2012-ci illər səviyyəsinə çatdırmaq istəyirlər. Biz neftin qiymətində sıçrayışlı artıma - 140-150 dollar səviyyəsinə çatmasına imkan verməməliyik. Neft istehsalçılarının acgözlüyü neftin qiymətinin 9 dollardan 140 dollara yüksəldiyi dövrün təkrarlanmasına gətirib çıxara bilər. Hansı ki, həmin vaxt alternativ enerji mənbələrinə investisiyalar artmağa başladı, nəticədə neftin qiyməti kəskin ucuzlaşdı”.

V.Ələkbərov neftin qiymətindəki qəfil enmədən sonra istehsalçıların 50 dollara qane olduqlarını da xatırladıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *