Avtomobillərin qiyməti bahalaşdı
2017-ci ilin dekabrında paytaxtın avtomobil bazarında cəmi 2 038 avomobil satışa çıxarılıb. Nəticədə noyabr ayı ilə müqayisədə bazarda təkliflər portfeli 0,89 faiz artıb.
Oxu.Az xəbər verir ki, satışa çıxarılan avtomobillərin 90,2 faizi benzin mühərriki ilə işləyən avtomobillərdir.
Dizel mühərriki ilə işləyən avtomobillərin payı 9,8 faiz təşkil edib.
Avtomobillərin qiymətinə gəlincə, ekspert deyir ki, son ayın göstəricilərinə görə, Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib. Noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.
Qeyd edək ki, ötən il ölkəyə avtomobil idxalı iki dəfə artıb. 2017-ci ildə Azərbaycana ümumilikdə 13 098 ədəd avtomobil idxal olunub.
Mənbə:> Oxu.Az