Ramin Quluzadə Xəzəri nəzarətə götürür
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Azərbaycan Dövlət Dəniz Administrasiyasında olub. Bu barədə virtualaz.org-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Mənbəyə görə, nazir Dövlət Dəniz Administrasiyasının bazasında yaradılmış Dövlət Dəniz Agentliyinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlərlə tanış olub. Ramin Quluzadə bununla bağlı göstərişlər verib.
Xarırladaq ki, dövlət başçısının Fərmanı ilə Dövlət Dəniz Administrasiyasının bazasında Dövlət Dəniz Agentliyi, Dövlət Mülki Aviasiya Administrasiyasının bazasında isə Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Hər iki yeni yaradılmış agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibinə daxil edilib.
Mənbə:> AzNews.info