Samir Şərifov xarici şoklar və qorunan əmanətlərin qaytarlması barədə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Samir Şərifov xarici şoklar və qorunan əmanətlərin qaytarlması barədə

Samir Şərifov xarici şoklar və qorunan əmanətlərin qaytarlması barədə

“Xarici şokların iqtisadiyyata mənfi təsirlərindən təkcə Azərbaycanda deyil, bütün region ölkələrində ən çox bank sektoru zərər çəkib. Lakin digər ölkələrdən fərqli olaraq, ölkəmizdə özəl kommersiya banklarında sığortalanmış əmanətlərə 2016-cı ildə xüsusi olaraq qəbul edilmiş qanuna əsasən dövlət 100 faiz zəmanət verir”.

Virtualaz.org bildirir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bunun nəticəsində bank əmanətçilərinin mütləq əksəriyyəti zərərlərdən tam qorunub: “Bu əsasda bank sektorunda sağlamlaşdırma tədbirləri nəticəsində fəaliyyəti dayandırılmış bir sıra banklarda qorunan əmanətlərin qaytarılması məqsədilə dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 545 milyon manat məbləğində vəsait köçürülüb”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *