“Veysəloğlu” şirkəti qanunsuz monopoliya yaradır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Veysəloğlu” şirkəti qanunsuz monopoliya yaradır –İddia

“Veysəloğlu” şirkəti qanunsuz monopoliya yaradır

Azərbaycanın qida sektoru bazarında önəmli yerlərdən birinə sahib olan “Veysəloğlu” Şirkətlər Qrupu qanunsuz monopoliya yaratmağa çalışır.

“Veysəloğlu” şirkəti yeni il ərəfəsində bahalaşma yaradır. Şirkət nəinki qiymətləri qaldırmağa, hətta qanunlara zidd olaraq ölkəninin qida bazarında inhisar yaratmaq üçün bir başa fəaliyyət göstərdiyi iddia olunur.

Bu barədə adının açıqlanmasını istəməyən sahibkar məlumat verib.Mağaza sahibi bildirib ki, son zamanlar, xüsusəndə yeni il ərəfəsində Veysəloğlu Satış və Distribütor Şirkəti öz müştərilərinə açıq təzyiqlər edir. Təzyiqlərin əsas məqsədi isə digər qida məhsulları satan iri şirkətlərdən məhsulların alınmasına qarşı çıxırlar.

Sahibkarın bildirdiyinə görə “Veysəloğlu” şirkətinin əməkdaşları və mal dağıdan ekspediterləri rayonlarda topdansatış mərkəzlərinin rəhbərlərindən digər şirkətlərin mallarının vitrinlərdən götürülməsini, həmin şirkətlərdən mal almamağı tələb edirlər:

“Bizə deyirlər ki, misal üçün, “Azərsun” şirkətinin mallarını vitrinlərdən yığışdırın. Onlarla alveri minimuma endirin. Digər şirkətlərlə də əməkdaşlığımıza mane olurlar. Onlara, “yox ”, dedikdə isə kreditə mal vermir və öz mallarının qiymətini qaldırırlar. Məsələ orasındadır ki, biz alıcılarmıza bütün çeşid malları təqdim etməyə məcburuq. Tutaq ki, “Azərsun” şirkətinin malları olmadıqda müştərilərimizi itiririk. Eyni zamanda “Veysəloğlu”nun mallarından da imtinamız imkansızdır. Çünki bu mallara da tələbat var”.

Qeyd edək ki, “Veysəloğlu” şirkəti haqqında tez-tez ölkə mətbuatında tənqidi xəbərlər yayəmlanır.

Mənbə: İnterpress.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *