“Dəmir Bank” ASC-yə ləğvedici təyin olundu
Bakı Apellasiya Məhkəməsinin 27.12.2017-cı il tarixli 2-1 (103)-3194/17 saylı qərarı ilə “Dəmir Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.
Virtualaz.org-un məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu “Dəmir Bank” ASC-nin ləğvedicisi təyin edilib.
Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının qərarı ilə ləğv olunub.
Mənbə:> Virtualaz.org