Bağlanan bankın kreditorlarına müraciət edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bağlanan bankın kreditorlarına müraciət edildi

Bağlanan bankın kreditorlarına müraciət edildi

“Bank of Azerbaijan” ASC-nin ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın kreditorlarına müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə ADİF-in saytında məlumat verilib.

Müraciətdə bildirilir ki, “Banklar haqqında” qanunun 77.6-cı maddəsinə uyğun olaraq, qəbul edilmiş və etiraz edilmiş kreditor tələblərinin siyahısı məhkəməyə təqdim edilib.

Adıçəkilən qanunun 77.7-ci maddəsinə uyğun olaraq etiraz edilmiş tələblərlə bağlı avqustun 1-də, saat 11:00-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi, 56 ünvanında) dinləmələr keçiriləcək.

“Bank of Azerbaijan”nın lisenziyası bu il, yanvarın 18-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib.

Qurum öz qərarını Bankın məcmu kapitalın məbləği ilə bağlı minimum tələbinə əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə izah edib.

Fevralın 5-də isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə “Bank of Azerbaijan” müflis elan edilib və iflas prosedurasına başlanılıb, ADİF isə Bankın ləğvedicisi təyin edilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *