Prezident 2018-ci ilin dövlət büdcəsini təsdiqlədi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Prezident 2018-ci ilin dövlət büdcəsini təsdiqlədi

Prezident 2018-ci ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Virtualaz.org bildirir ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 manat, xərcləri 21 047 000,0 manat məbləğində təsdiqlənib. Mərkəzləşdirilmiş gəlirlər 19 473 650,0 manat, yerli gəlirlər 653 350,0 manat, mərkəzləşdirilmiş xərclər 20 323 075,0 manat, yerli xərclər 723 925,0 manat müəyyənləşdirilib.

Qanuna əsasən, dövlət büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

Ümumi dövlət xidmətləri 3.622.839.062,0, müdafiə 2.738.721.836,0, təhsil 2.001.978.015,0, səhiyyə 739.334.330,0, sosial müdafiə və sosial təminat 2.197.182.103,0, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 306.126.560,0, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 656.259.888,0, sənaye, tikinti və faydalı qazıntılar 4.844.376.000,0, nəqliyyat və rabitə 166.790.678,0 manat və sair.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *