Azərbaycanda ət ucuzlaşdı – VİDEO
Qarabağ bölgəsində mal əti uzuclaşıb, quzu əti isə əksinə olaraq bahalaşıb. “ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, təsərrüfatçılar ucuzlaşmağın səbəblərini bazarda mal-qaranın bolluğu ilə əlaqələndirirlər.
Təxminən 1 həftə öncə kiloqramə 11 manata satılan mal əti indi Bərdədə 9 manat 50 qəpiyə, Yevlaxda isə 10 manata təklif eidlir.
Tanrıverdi Bayramov (ət satan): “Günü gündən aşağı düşür. Qiymətlər münasibdir. Ət də boldur. Yavaş-yavaş aşağı düşəcək”.
Alıcılar deyir ki, mal ətinin ucuzlaşmasına səbəb heyvan satışı bazarındakı bolluqdur.
Quzu əti isə mal ətindən fərqli olaraq bahalaşıb. Əvvəl 11 manata satıldığı halda, hazırda quzu ətinin 1 kiloqramı alıcılara 12 manata təklif edilir.
Həsən Quliyev (alıcı): “Quzunun vəziyyəti bahadır. 11 manata alıb, 12 manata satırıq”.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, hazırda ölkədə iri və xırdabuynuzlu heyvan ətinə olan tələbatın 93,5 faizi daxili güc hesabına ödənilir. Qalan faiz isə Ukrayna, Gürcüstan və Rusiyadan idxal olunur. Nazirlik rəsmisi Bakı və ətraf qəsəbələrlə yanaşı, bölgələrdə də mal ətinin qiymətində ucuzlaşmanın olduğunu təsdiq edir.
Nazirlikdən verilən məlumata görə hazırda ölkədə 2,7 milyon mal-qara, 8,6 milyon isə qoyun və keçi var.
Mənbə:> Virtualaz.org