Qazaxıstanda benzin ucuzlaşdı
Qazaxıstanda Aİ-92 markalı benzin ucuzlaşıb.
Rusiya mətbuatının xəbərinə görə, hazırda bu ölkədə Aİ-92 markalı benzinin 1 litri 157-158 tenqeyə (0.80 AZN) satılır.
Qeyd edək ki, bir müddət öncə Qazaxıstan energetika naziri Kanat Bozumbayev ölkədə yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb. O bildirib ki, qiymətlər noyabr-dekabr aylarında ucuzlaşacaq. Nazir eyni zamanda deyib ki, gözlənilməz proseslər baş verməsə, qiymətlər növbəti aylarda sabit qalacaq.
Mənbə:> Virtualaz.org