Yeni vergilər naziri Yaponiya ilə əməkdaşlıq haqda
"Azərbaycan-Yaponiya əlaqələrində məhsuldarlıq müşahidə edilir. İkitərəfli ticarət dövriyyəsi dinamik şəkildə artır".
APA-nın xəbərinə görə, bunu bu gün vergilər naziri vəzifəsinə təyin olunan Mikayıl Cabbarov Yaponiyanın milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.
İmperatorun doğum günü münasibəti ilə Azərbaycan hökuməti adından Yaponiya hökumətini təbrik edən M.Cabbarov deyib ki, Azərbaycan hər sahədə Yaponiya ilə əməkdaşlıq imkanlarını öyrənməyə hazırdır.
Mənbə:> APA