İqtisadçı alim dekabrda dolların bahalaşacağını proqnozlaşdırır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İqtisadçı alim dekabrda dolların bahalaşacağını proqnozlaşdırır

İqtisadçı alim dekabrda dolların bahalaşacağını proqnozlaşdırır

İqtisadçı ekspert Vüqar Bayramov BizimYol.info saytına verdiyi müsahibəsində son dövrlərdə insanları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirib. Ekspertlə müsahibəni təqdim edirik.

-Vüqar Bəy, izləyicilərimizə çox sadə şəkildə virtual ödəniş vasitəsi olan bitkoinin necə işlənməsi barəsində məlumat verməyinizi xahiş edirik?

– Əvvəla bitkoin internet saytına daxil olan hər bir şəxs özünə pul hesabı aça bilər və bitkoin əldə edə bilər. Bitkoin artıq plastik kartlar kimi ödəniş vasitəsi kimi dünya bazarlarında istifadə olunur. Bura daxil olan şəxslər eyni zamanda bitkoinə sahib olmuş və onları satmaq istəyən şəxslərlə də əlaqə saxlaya bilərlər.Bitkoinlərin qiyməti 6 min dolları keçdikdən olla ona maraq həddən artıq çoxalıb.

Bitkoinlərin qiyməti 4 min ollar çatanda qiymət artımlarının olacağını proqnozlaşdırmışdıq. Qısa zamanda bitkonlərin qiyməti 50 faiz artdı. Öncədə qeyd etdiyimiz sualını cavablandırmadan ən öncə aydınlıq üçün bitkoin nədir məqamını aydınlaşdırmaq lazımdır. Bitkoin virtual ödəmə vasitəsidir. Kriptovalyuta olaraq bitkoin ilk virtual puldur ki, mərkəzləşdirilmədən dövriyyəyə buraxılıb. Bu da həmin valyutanım uğur qazanması səbəblərindən biridir. Bu pulu əldə etmək istəyənlər bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək münkündür. Eyni zamanda, qeydiyyatdan keçdikdən olla yaşadığınız şəhərdə kimlərin bitkoinlərini satışa çıxartdığını da izləyə bilərsiniz. Bitkoinlərdən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür. Bitkoin əslində ən sadə ödəmə vasitəsidir. Həmçinin bitkoinlərin yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş veridyi halda sonradan daha baha yüksək dəyər ilə nağdlaşdırmaq mümkündür. Göründüyü kimi, bitkoin ilk baxışdan cəlb edicidir. Bura bəzi on-line ticarət şirkətləri ilə alış-veriş zamanı tətbiq etdikləri endirimləri də əlavə etsək o zaman mənzərə daha aydın olar.

Bəzilərinin ollar ollar tive kimi baxdıqları bitkoinin gələcəyi eyni zamanda aparıcı ölkələrin bu virtual pula münasibətindən asılı olacaq. Çin Xalq Respublikası bir müddət öncə bitkoin istifadəsinin ölkə ərazisində məhdudlaşdırılacağı ilə bağlı məlumat yaymışdı. Lakin bir çox inkişaf etmiş ölkələrin bitkoinə marağının artması həmin məhdudiyyəti aradan qaldırdı. Və bu bitkoinə qlobal marağı daha da artırdı. Bitkoin dollar yığımlarına təsir göstərir. Çünki bitkoinin bütün hesablaşmaları dollarla aparılır. Virtual pulların sayı artdıqca, nağd pulların istifadə dairəsi nisbətən məhdudlaşır. Bitkoinə də maraq artdıqca, bu, dolların dövriyyəsinə təsir edə bilər. Çünki bitkoin özü dollar istifadə dairəsinə və ya nağd pullara təsir edir. Bununla belə, hələlik ciddi təsirlərin olduğunu söyləmək olmaz. Bitkoinin istifadəsində hər hansısa çətinlik olmazsa, ümumiyytlə, o valyuta coğrafi baxımdan limitsiz və məhdudiyyətsiz olaraq işləmək imkanına malik olarsa, bu, onlara marağın artmasına səbəb ola bilər. Reallıq bundan ibarətdir ki, hazırda bitkoindən istifadə dünya üzrə dayanmadan artır. Bitkoinə marağın artması aparıcı ölkələrin bitkoinə və ya virtual pullara yanaşmasından asılı olacaq. Çünki bəzi aparıcı ölkələr bitkoinlərin istifadəsini məhdudlaşdıran zaman onun qiymətində azalmalar olur.

Bununla belə, mərkəzləşdirilməmiş virtual valyutanın gələcəyi ilə bağlı risklər də qalmaqdadır. Ən ciddi narahatçılıq kəskin qiymət artımının “bitkoin üzərindəki köpüklərin partlamasına” gətirib çıxara biləcəyi ilə bağlıdır. Xüsusən də Beynəlxalq Valyuta Fondunun rəhbərinin bitkoinlər ilə bağlı xəbərdarlığından olla bu risk daha da güclənməkdədir. Buna görə də, bitkoin almaq istəyənlərin ehtiyatlı olması, bunu mərhələli şəkildə edərək yığımlarını diversifikasiya etmələri çox vacibdir.

– Türkiyə lirəsi dollar nisbətən ucuzlaşmaqdadır. Azərbayanın ən böyük strateji və ticarət tərəfdaşlarından olan Türkiyənin valyutasının ucuşlaşması Azərbaycana necə təsir göstərə bilər?

-Rəsmi Ankaranın bir sıra Qərb ölkələri , xüsusən də ABŞ və Almaniya ilə münasibətlərinin pisləşməsi Türk lirəsinin dəyərsizləşməsi prosesini sürətləndirib. Son 1 ildə dollara nisbətən 22 faiz ucuzlaşan lirə yalnız oktyabr ayında 7 faizə yaxın dəyər itirib. İndi 1 dollar almaq üçün təxminən 3.8 lirə ödəmək lazımdır. Türkiyə Azərbaycan üçün yalnız stratreji deyil, həmçinin iqtisadi tərəfdaş olduğundan lirənin məzənnəsi bizim üçün də, dolayı olsa belə, vacibdir. Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan olla ikincidir. Azərbaycan Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rəqəmlər göstərir ki, Türkiyə Azərbaycan üçün vacib tərəfdaşlardan biridir və bu baxımdan, lirənin ucuzlaşması bizim üçün də arzuolunan deyil. Belə ki, ucuzlaşan lirə Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Çünki, Azərbaycan məhsulları Türkiyə bazarında lirə ifadəsində bahalaşır ki, bu da qeyri-neft məhsullarımızın qardaş ölkədə rəqabət imkanlarını məhdudlaşdıra bilər. Digər tərəfdən, lirənin ucuzlaşması Türkiyədən idxalı stimullaşdırır ki, bu da ticarət dövriyyəmizdəki saldo üçün əlverişli deyil.
-Bir dəfə avronun taleyinin avropalılardan asılı olması barədə fikir səsləndirmisiniz.
Avropa Mərkəzi Bankının son yığıncağı və eləcə də İspaniyada baş verənlər avronun məzənnəsinin ollar nisbətən yenidən ucuzlaşmasına gətirib çıxartdı. Gün ərzində qlobal birjalarda avronun ollar nisbətən kursu 1.1813-dən 1.626-dək azalıb. Avropa pulunun birjalarda ucuzlaşması manatın avroya nisbətən möhkəmlənməsinə səbəb olub. Belə ki, Mərkəzi Bank manata avoya kursunu dünənə nisbətən bu gün 2.0107-dən 1.9782-dək möhkəmləndirib. Bu isə 1 manatın hər avroda 3 qəpiyə yaxın güclənməsi deməkdir. Avropa Mərkəzi Bankı isə gələn ilin yanvarından etibarən hər ay 30 milyard avroluq dövlət bondları almaq niyyətindədir ki, bu da avro emissiyasını artıracaq. Praktik olaraq, qlobal bazar arvozonada yeni pul emissiyalarına ilkin reaksiyasını nümayiş etdirdi. İspaniyanın ərazi bütövlüyü məsələsinin öz həllini tapmaması fonunda isə avronu daha ucuzlaşacağı istisna deyil. Deməli, avronun gələcəyi yenə də birbaşa avropalıların özündən asılıdır.

– Ölkədə məşğulluq səviyyəsinin artması və sosial rifahın yüksəlməsi üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?

– Bu əslində fundamental məsələdir və köklü islahatlar tələb edir.Məşğulluğun yaradılması üçün dövlət bu vəzifəni özəl sektora transfer etməlidir. İnkişaf etmiş ölkələrdə dövlət investor rolunu oynamır.Dövlətin sosial öhdəlikləri var, dövlət özəl sektor üçün investisiya mühütü yaradır. Hesab edirəm ki, özəl sektorun məşğulluqda rolu artırılmalıdır.

– İnsanları ən çox maraqlandıran suallardan biri də manatın taleyidir. Sabitlik nə qədər davam edəcək, devalvasiya gözlənilirmi?

– Üzən valyuta rejimində əslində devalvasiya olmur. Devolvasiya tənzimlənən valyuta rejimində özünü göstərir.Bunun adının nə olması önəmli deyil. Söhbət milli valyutanın dəyər itirməsindən gedir.Mən mart, avqust və dekabr aylarında dollara tələbatın artacağını proqnozlaşdırmışdım. Dekabr ayında dollara tələbat yüksələcək.Bu fonda məzənnə necə dəyişəcək, bu Mərkəzi Bankın qəbul edəcəyi qərar olacaq. Dövlət Neft Fondu valyutanı satan qurum olaraq valyuta bazarına birbaşa təsir göstərir. Buna görə hesab edirəm ki, dekabrda tələb artacaq. Bunu daha çox valyuta çıxarmaqla kompensasiya etmək, daha az valyuta çıxarmaqla manatın məzənnəsinə təsir etmək də mümkün ola bilər. Amma hansı yol seçiləcək? Buna artıq Azərbaycan Mərkəzi Bankı qərar verəcək.

Mənbə: BizimYol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *