Büdcə təşkilatlarında çalışanların maaşları artırıla bilər
"Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır".
Az0News.info Report-a istinadən xəbər verir ki, bu barədə deputat Əli Məsimli 2018-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib.
"Növbəti ilin büdcəsində müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əməkhaqqı artımı nəzərdə tutulub, qalan sahələrdə əməkhaqqının artırılmasına baxılmayıb. Büdcə təşkilatlarında çalışan, 200-300 manat maaş alanların vəziyyəti pisləşib. Büdcənin strukturuna yenidən baxılanda daha səmərəli sahələrə, aztəminatlı ailələrə, o cümlədən büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var", - deyə millət vəkili vurğulayıb.
Ə.Məsimli bildirib ki, infyasiyanın proqnozlaşdırılandan çox olması süni qiymət artımı ilə bağlıdır: "Biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur. Buna inhisarçılıqsəbəb olur. İnfyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır".
Mənbə:> Report